İnnovasiya ekosistemimizdən ən son yeniliklər, faydalı məlumatlar və hekayələr
ABB İnnovasiya MMC-nin təşkilatçılığı, ABB Tech Akademiyası və Train Brain Center-in əməkdaşlığı ilə 13-16 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuş NASA ASTRO CAMP® proqramı həyata keçirilib. 28-30 avqust tarixlərində Bakı şəhərində yerləşən SABIS SUN International School-da keçirilən 3 günlük intensiv STEM proqramı iştirakçılara kosmos elmləri, mühəndislik, robototexnika və FIRST Robotics Competition (FRC) prinsipləri üzrə praktiki təcrübə qazanmaq imkanı yaradıb.

İslam İnkişaf Bankı Azərbaycan ekosistemində yenilikçi maliyyə həllərinin yaradılmasında, müasir dövrün qlobal tələblərinə uyğun hakatonların təşkilində aktiv iştirakına görə ABB İnnovasiyanı mükafatlandırıb.
5 iyul 2025-ci il tarixində ABB İnnovasiya Mərkəzinin Mastercard və ADA Universiteti tərəfdaşlığı ilə keçirdiyi “AI Startup Challenge” müsabiqəsi baş tutdu. Tədbir süni intellekt sahəsində innovativ ideyaların və texnoloji həllərin bir araya gətirilməsi məqsədi daşıyırdı.