Azərbaycan, Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsi 29
ABB Tech AcademyProduct Factory
HaqqımızdaXəbərlərBloqlarƏlaqəTədbirlər
Ekosistem
ABB Tech AcademyProduct Factory
Vakansiyalar

GƏLƏCƏYİ
FORMALAŞDIRIRIQ

E-poçt

info@abbinnovation.az

Ünvan:

Azərbaycan, Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsi 29

ABB Tech Akademiyası

Parlaq karyeranız burada başlayır

© 2026 Bütün hüquqlar qorunur.

  1. Şirkətimiz
  2. Xəbərlər
  3. ABB İnnovasiya Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə edib
ABB İnnovasiya Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə edib

ABB İnnovasiya Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə edib

Read time: 3 dəqiqə2026-09-14

ABB İnnovasiya 10 sentyabr 2026-cı il tarixində Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə edib. Bu status şirkətə texnoloji məhsulların inkişafı, kommersiyalaşdırılması, eləcə də yerli və qlobal bazarlarda təqdim edilməsi istiqamətində fəaliyyətini daha geniş imkanlarla davam etdirməyə şərait yaradacaq.

Pirallahı Yüksək Texnologiyalar Parkı informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya, kosmos və enerji səmərəliliyi sahələrində tədqiqatların aparılması, yeni texnologiyaların hazırlanması və innovativ layihələrin həyata keçirilməsi üçün yaradılmış texnoloji inkişaf mühitidir. Park Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli Fərmanı ilə yaradılıb və texnologiya əsaslı şirkətlərin fəaliyyətinin inkişafına, innovativ layihələrin reallaşdırılmasına və yeni texnoloji həllərin hazırlanmasına dəstək göstərir. Parkın əsas məqsədlərindən biri biliklərə əsaslanan iqtisadiyyatın inkişafına töhfə vermək, innovativ bizneslərin formalaşmasını təşviq etmək və yaradılan texnoloji məhsulların kommersiyalaşdırılması üçün əlverişli imkanlar yaratmaqdır.

Bu yanaşma ABB İnnovasiyanın fəaliyyət istiqamətləri ilə uyğunluq təşkil edir. Şirkət innovativ ideyaların real məhsullara çevrilməsini, texnoloji həllərin inkişafını və yaradılan məhsulların kommersiyalaşdırılaraq bazara çıxarılmasını dəstəkləməyi hədəfləyir. Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti kimi ABB İnnovasiya bu istiqamətdə fəaliyyətini genişləndirərək yeni texnoloji və rəqəmsal məhsulların inkişafına, onların yerli və xarici bazarlarda təqdim olunmasına və tərəfdaşlıqların qurulmasına fokuslanacaq.

ABB İnnovasiya texnologiya ekosisteminin inkişafında yalnız məhsul istiqamətində deyil, həm də insan kapitalının formalaşdırılması və innovasiya mədəniyyətinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.

ABB İnnovasiyanın fəaliyyəti, yeni layihələri, texnoloji məhsulları və ekosistem təşəbbüsləri ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün rəsmi veb-saytı və sosial media hesablarını izləyə bilərsiniz.

Vebsayt │ Instagram │ Linkedln

Share with

Əlaqəli Xəbərlər

ABB İnnovasiyadan şagirdlər üçün Riyaziyyat Düşərgəsi!
ABB Innovation

ABB İnnovasiyadan şagirdlər üçün Riyaziyyat Düşərgəsi!

ABB İnnovasiya İslam İnkişaf Bankının mükafatına layiq görüldü
ABB Innovation

ABB İnnovasiya İslam İnkişaf Bankının mükafatına layiq görüldü

Share with

Əlaqəli Xəbərlər

ABB İnnovasiyadan şagirdlər üçün Riyaziyyat Düşərgəsi!
ABB Innovation

ABB İnnovasiyadan şagirdlər üçün Riyaziyyat Düşərgəsi!

ABB İnnovasiya İslam İnkişaf Bankının mükafatına layiq görüldü
ABB Innovation

ABB İnnovasiya İslam İnkişaf Bankının mükafatına layiq görüldü