Azərbaycan, Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsi 29
ABB Tech AcademyProduct Factory
HaqqımızdaXəbərlərBloqlarƏlaqəTədbirlər
Ekosistem
ABB Tech AcademyProduct Factory
Vakansiyalar

GƏLƏCƏYİ
FORMALAŞDIRIRIQ

E-poçt

info@abbinnovation.az

Ünvan:

Azərbaycan, Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsi 29

ABB Tech Akademiyası

Parlaq karyeranız burada başlayır

© 2026 Bütün hüquqlar qorunur.

  1. Şirkətimiz
  2. Xəbərlər
  3. ABB İnnovasiya İslam İnkişaf Bankının mükafatına layiq görüldü
ABB İnnovasiya İslam İnkişaf Bankının mükafatına layiq görüldü

ABB İnnovasiya İslam İnkişaf Bankının mükafatına layiq görüldü

Read time: 52026-07-23

ABB İnnovasiya İslam İnkişaf Bankının mükafatına layiq görüldü

İslam İnkişaf Bankı Azərbaycan ekosistemində yenilikçi maliyyə həllərinin yaradılmasında, müasir dövrün qlobal tələblərinə uyğun hakatonların təşkilində aktiv iştirakına görə ABB İnnovasiyanı mükafatlandırıb.

Mükafatlandırma İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilmiş İllik Toplantılarından sonra, bu tədbirin davamı kimi həyata keçirilib.

Qeyd edək ki, toplantılar zamanı iyunda Bakıda “5-ci IsDB Startap və İnnovasiya Müsabiqəsi” də təşkil olunub. Müsabiqə İslam Əməkdaşlıq Təşkilatı bazarlarında innovasiya, süni intellekt, maliyyə, ticarət və sahibkarlığın gücləndirilməsi mövzusuna həsr edilib.

Müsabiqə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən sahibkarları, innovatorları, investorları bir araya gətirib. İştirakçılar əsas inkişaf çağırışlarının həllinə yönəlmiş innovativ həllər təqdim ediblər. Müsabiqəyə süni intellekt, aqrar texnologiyalar, ərzaq təhlükəsizliyi, fintek, kibertəhlükəsizlik, dayanıqlılıq, iqlim, təchizat zənciri, ağıllı şəhərlər, insan inkişafı və səhiyyə istiqamətləri üzrə 220-dən çox startap müraciət edib. Birinci yerin qalibi BIOSHELL startapı olub.

ABB İnnovasiyanın fəaliyyəti, həyata keçirdiyi layihələr, proqramlar və təqdim etdiyi imkanlar barədə ətraflı məlumatı rəsmi internet səhifəsindən və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Share with

Əlaqəli Xəbərlər

NASA ASTRO CAMP proqramı uğurla yekunlaşıb!
ABB Innovation

NASA ASTRO CAMP proqramı uğurla yekunlaşıb!

Share with

Əlaqəli Xəbərlər

NASA ASTRO CAMP proqramı uğurla yekunlaşıb!
ABB Innovation

NASA ASTRO CAMP proqramı uğurla yekunlaşıb!