Azərbaycan, Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsi 29
ABB Tech AcademyProduct Factory
HaqqımızdaXəbərlərBloqlarƏlaqəTədbirlər
Ekosistem
ABB Tech AcademyProduct Factory
Vakansiyalar

GƏLƏCƏYİ
FORMALAŞDIRIRIQ

E-poçt

info@abbinnovation.az

Ünvan:

Azərbaycan, Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsi 29

ABB Tech Akademiyası

Parlaq karyeranız burada başlayır

© 2026 Bütün hüquqlar qorunur.

  1. Şirkətimiz
  2. Xəbərlər
  3. “AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu

“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu

Read time: 3 dəq2025-07-05

“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu

5 iyul 2025-ci il tarixində ABB İnnovasiya Mərkəzinin Mastercard və ADA Universiteti tərəfdaşlığı ilə keçirdiyi “AI Startup Challenge” müsabiqəsi baş tutdu. Tədbir süni intellekt sahəsində innovativ ideyaların və texnoloji həllərin bir araya gətirilməsi məqsədi daşıyırdı.

Müsabiqəyə 200 komanda müraciət etdi və onlardan yalnız 40-ı seçim mərhələsini keçərək finalda iştirak haqqı qazandı. Bir günlük tədbir çərçivəsində bu komandalar real sektor problemlərinə yönəlmiş AI əsaslı layihələrini münsiflər heyəti qarşısında təqdim etdilər. Qaliblər yerli və beynəlxalq mentorlar tərəfindən qiymətləndirildi. Ən yaxşı çıxış edən komandalar ABB İnnovasiya Mərkəzinin inkubasiya proqramına və Mastercard Sandbox platformasına çıxış imkanı qazandılar. Üstəlik, qalib komandalar 10.000 AZN-lik mükafat fondundan yararlanmaq hüququ əldə etdilər.

Münsiflər heyəti süni intellekt, maliyyə texnologiyaları və innovasiya sahəsində tanınmış yerli və beynəlxalq ekspertlərdən ibarət idi. Müsabiqə həmçinin startap komandalarına sahə üzrə peşəkarlarla şəbəkələşmə imkanı yaratdı.

ABB İnnovasiya olaraq süni intellektin real sektorlara inteqrasiyasını dəstəkləmək, yerli texnoloji komandaların inkişafına töhfə vermək və beynəlxalq potensiallı layihələri önə çıxarmaq məqsədilə bu kimi təşəbbüsləri davam etdirmək niyyətindəyik.

Əlavə məlumat və gələcək imkanlarla tanış olmaq üçün: https://abbinnovation.az

Share with

Share with