İnnovasiya ekosistemimizdən ən son yeniliklər, faydalı məlumatlar və hekayələr
ABB İnnovasiya və Tenity-nin birgə təşkilatçılığı ilə 18 sentyabr 2026-cı il tarixində Bakıda “Caspian Innovation Circle” tədbiri keçirilib.

ABB İnnovasiya 12-17 yaş aralığında olan şagirdlər üçün 24-28 avqust tarixlərində Dreamland ərazisində 5 günlük Riyaziyyat Düşərgəsi təşkil edib. Düşərgə çərçivəsində 23 şagird, müəllim və mentorların rəhbərliyi ilə riyaziyyat üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, praktiki yanaşmalar əldə etmək və müxtəlif öyrənmə fəaliyyətlərində iştirak etmək imkanı qazanıb.

ABB İnnovasiya 10 sentyabr 2026-cı il tarixində Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə edib.

ABB İnnovasiya MMC-nin təşkilatçılığı, ABB Tech Akademiyası və Train Brain Center-in əməkdaşlığı ilə 13-16 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuş NASA ASTRO CAMP® proqramı həyata keçirilib. 28-30 avqust tarixlərində Bakı şəhərində yerləşən SABIS SUN International School-da keçirilən 3 günlük intensiv STEM proqramı iştirakçılara kosmos elmləri, mühəndislik, robototexnika və FIRST Robotics Competition (FRC) prinsipləri üzrə praktiki təcrübə qazanmaq imkanı yaradıb.

İslam İnkişaf Bankı Azərbaycan ekosistemində yenilikçi maliyyə həllərinin yaradılmasında, müasir dövrün qlobal tələblərinə uyğun hakatonların təşkilində aktiv iştirakına görə ABB İnnovasiyanı mükafatlandırıb.
5 iyul 2025-ci il tarixində ABB İnnovasiya Mərkəzinin Mastercard və ADA Universiteti tərəfdaşlığı ilə keçirdiyi “AI Startup Challenge” müsabiqəsi baş tutdu. Tədbir süni intellekt sahəsində innovativ ideyaların və texnoloji həllərin bir araya gətirilməsi məqsədi daşıyırdı.