Tez-tez verilən suallar

Açıq innovasiya həll ideyalarını həm xarici, həm də daxili mənbələrdən əldə edən müəssisə və təşkilatların konsepsiyası və tətbiqidir. Bankçılıqda “açıq innovasiya” deyərkən innovasiya proqramları, yəni hakatonlar, inkubasiya, sürətləndirici, eyni zamanda məhsulların API xidmətlərinə inteqrasiyasının mövcudluğu nəzərdə tutulur.
ABB -də belə bir mərkəzin yaradılmasında məqsəd həyata keçirilən rəqəmsal transformasiya istiqamətlərini dəstəkləmək, inkişaf etdirməkdir. Rəqəmsal proqramımız vasitəsilə veb və mobil xidmətlərimizi genişləndirəcəyik. İnnovasiya Mərkəzi rəqəmsal xidmətlərin yaxşılaşdırılmasına yol açacaq.
ABB Innovasiya Mərkəzi startaplar vasitəsilə yeni texnoloji ideyalar, məhsullar, həllər və xidmətlərin tətbiqi hesabına bankın rəqəmsal və onlayn xidmətlərini inkişaf etdirən açıq innovasiya proqramıdır. ABB-nin strategiyasına uyğun olaraq, İnnovasiya Mərkəzi yeni texnologiyaların tətbiqi hesabına Kiçik və Orta Sahibkarlıq, eləcə də pərakəndə bankçılıq istiqamətlərinin genişləndirilməsini nəzərdə tutur.
Əsas hədəflər Azərbaycanda və ümumən regionda aparıcı, davamlı FinTech ekosistemini təmin etməkdir. Maliyyə xidmətlərində innovasiyaların təşviqini, KOS və fiziki şəxslər üçün rəqəmsal platformaların inkişafını, yeni texnologiyaların istifadəsi üçün istedadların yetişdirilməsini, sahibkarların innovativ ideyalarının dəstəklənməsini və yeni texnologiyalardan (Süni intellekt, Paylanmış Ledger Texnologiyaları (DLT), avtomatlaşdırma və mobil xidmətlər və s.) effektiv şəkildə istifadəni qarşımıza hədəf qoymuşuq.
Hakaton, inkubasiya, sürətləndirici, korporativ sahibkarlıq, açıq bankçılıq və ABB Tech İnnovasiya Mərkəzinin əsas proqramlarıdır. Bu səpkidə digər proqramlar da nəzərdə tutulur.
Proqramlar haqqında daha çox məlumatı aşağıdakı linklərə daxil olaraq əldə edə bilərsiniz: www.abbtech.az
Fintech ekosistemini yerli və regional şəkildə inkişaf etdirmək üçün maliyyə innovasiya kontekstində proqram və fəaliyyət inkişafını davam etdirəcəyik.
Bu, bir startap inkubatoru, biznes ideyaları və layihələri üçün yenilik və böyümə proqramıdır. İnkubatorun əsas məqsədi startapların çox erkən mərhələdə böyüməsinə kömək etməkdir. İnkubator, mentorluq, təlim və digər sahələrdə dəstək olur, bir startapın icrasında ortaya çıxa biləcək problemləri həll edir. Startap sürətləndiriciləri inkubatorlarla oxşar xidmətləri təklif edir. Əsas fərqli cəhət isə odur ki, sürətləndiricilər ümumiyyətlə sonrakı mərhələ startaplarına uyğun sayılır. İnkubatorlar isə erkən mərhələli biznes ideyalarına daha çox uyğun gəlir.
Biz təcrübəli mütəxəssislərin iştirakı ilə ciddi təlimləri, mentorluğu və hazırlığı özündə cəmləşdirən startap inkişafı proqramını təqdim edirik. Bank mütəxəssisləri inkubasiya edilmiş startapların bank xidmətlərinə daxil olması üçün təlimat verəcəklər.
İnkubasiya edilən startaplar üçün heç bir ödəniş yoxdur. Bütün xidmətlər ABB tərəfindən təmin olunur.
İnkubasiya proqramı ümumilikd 18 həftə davam edəcək. Xüsusilə pərakəndə xidmətlər üzrə dəyər təklifimizə təsir göstərəcək yenilikçi fikir və həllərə açığıq. Aşağıda layihələrin qiymətləndirilməsi zamanı nəzərdən keçirəcəyimiz göstəricilərin siyahısı verilib: • Pərakəndə və KOS müştərilərin maliyyə xidmətlərinə çıxışı: sahibkarların və əsas işçilərin maliyyə əsasları, bank işi, mühasibat uçotu, pul axınlarının idarə edilməsi, vəsait toplama, borclanma və s. sahələrdə bilik səviyyəsinin yüksəldilməsi. • Müəssisələr üçün kredit skorları: rəsmi sistemə daxil olmayanlar üçün, AI, Blockchain və s. vasitəsilə müştərilərin daha dəqiq sıralanmasından ötrü alternativ qiymətləndirmə modelləri. • Rəqəmsal xidmətlərə asan giriş: istifadəçilərə (müəssisələrə və şəxslərə) rəqəmsal həllərə daha sürətli və daha asan daxil olmağa imkan verən həllər • Maliyyələşdirmə: maliyyələşmə və kreditə çıxışın alternativ həlləri (P2P kreditləşməsi, dəstə formatı və s.) • Alternativ ödənişlər: Müəssisələr üçün sürətli, etibarlı, təhlükəsiz və daha ucuz ödəniş xidmətləri təmin etmək yolları • Əlavə xidmətlər: Hesab toplama, onlayn mühasibatlıq, e-faktura • Ticarət maliyyəsi: Təchizat zəncirinin maliyyələşdirilməsi, ixracat kreditlərində səmərəli və sürətli xidmətlər göstərməyə kömək göstərən həllər • Marketplace: İnternetə inteqrasiya oluna bilən müvafiq həllər üçün One-stop-shop banking (bir pəncərə bank) platformaları • Fasiləsiz xidmətlər: banka, müştərilərin ehtiyaclarına uyğun vaxtında xidmətlər göstərməyə imkan verən proqnozlaşdırıcı həllər.
Yenə də ABB-nin müştərilərinə və dəyər təklifinə təsir göstərə biləcək hər hansı bir yenilikçi fikir və ya həll yollarına açıqıq.
Əsaslı layihə sahibi olan 18 yaşa çatmış hər bir sahibkar müraciət edə bilər. Gender müxtəlifliyi təşviq edilir. Azərbaycandan kənardan da müraciətlər qəbul olunur.
Müraciətlər ABB-nin təqdim etdiyi məkanda və ya müvafiq veb-resurslar vasitəsilə onlayn qaydada təqdim olunur. Müraciətlər elan edilən müvafiq qaydalara uyğun təqdim edilməlidir. (www.abbinnovation.az)
Bəli. Layihənizin / startapınızın adını və qısa təsvirini göstərməyiniz tələb olunacaq. Ərizə forması, müraciətçidən təsisçiləri də daxil olmaqla hər komanda üzvünün adını təqdim etməsini xahiş edəcəkdir.
Bu, arzuediləndir, lakin mütləq deyil.
Komanda üzvlərinin sayı idealda 3-5 nəfərdir. Lakin üzv sayı ilə bağlı məhdudiyyət yoxdur.
Xeyr. Təmsilçi şəxs ərizə formasını bütün komanda adından doldurur.
Komandalar ABB ilə müqavilə bağlanana qədər komandanın tərkibində dəyişiklik edə bilərlər. Bundan sonra isə proqram rəhbərliyinin razılığı olmadan, dəyişikliklə bağlı hər hansı təklif qəbul edilməyəcək.
Əsas üstünlük pərakəndə biznes müştərilərinə müvafiq innovativ həllər təqdim edən layihələrə veriləcək. Əlavə məlumat üçün “İnkubasiya müddəti və əhatə dairəsi nədir?” sualının cavabına baxa bilərsiniz.
Seçimdən əvvəl komandalar onlayn və ya oflayn müsahibədə iştirak edirlər. Müsahibələrdə komandaların təqdimatları və sual-cavab sessiyaları olacaq. Layihələrin seçimi aşağıdakı mülahizələrə əsaslanacaq, lakin tam məhdudiyyət qoyulmayacaq: •Rəqəmsal texnologiyaların istifadəsi və tətbiqi: rəqəmsal bankçılıq və KOS xidmətləri üçün konsepsiya nə dərəcədə uyğundur? •Yaradıcılıq: Layihə problem üçün innovativ bir həll hazırlamaqda nə dərəcədə yaradıcıdır? Layihə bənzərsizdirmi? • Təsir: Layihə real və dəyərli təsir göstərə biləcək həll yaradırmı? Onun icrası mümkündürmü və təcrübədə özünü doğrulda bilərmi? • Ölçü: Layihənin böyümə potensialı necədir? Bütövlükdə sənayeyə necə təsir göstərə bilər? • Yenilik: Layihə nə dərəcədə innovativdir?
Ümumilikdə 10-12 layihə seçməyi hədəfləmişik. Layihə sayı seçim komitəsinin istəyindən asılı olaraq arta, yaxud azalda bilər.
Seçilmiş layihələri təqdim etmiş şəxslər ABB-nin Proqram Rəhbərliyi tərəfindən növbəti addımlar üçün elektron poçtlarına göndərilmiş təlimatlar vasitəsilə məlumatlandırılacaqlar. Seçilən layihələr bir, yaxud iki gün ərzində davam edəcək bootcamp fəaliyyəti olan bir yönləndirmə proqramına dəvət edilir. Proqram qaydaları, təqdimat işləri, fəaliyyət cədvəli təqdim olunur; onlarla müqavilələr bağlanır; mentorlar startaplarla tanış olur. Tədbir şəraitdən asılı olaraq onlayn şəkildə keçirilə bilər.
Proqramda təlim, mentorluq, hazırlıq, orientasiya proqramı və demo günü olacaq.
Təşkil etdiyimiz təlimlər adi universitet tədris planı yox, praktik sahibkarlıq və startap qurma proqramıdır. Təlimlərimiz komandaları müasir təcrübə və yanaşmalara uyğunlaşdıracaq. Proqram Rəhbərliyinin təsdiqlədiyi üzrlü səbəblər istisna olmaqla komandalar bütün kurslardan keçməlidirlər.
Bəli. İnkubasiya edilmiş startapçıların təlimi üçün xarici mentorlar, habelə ABB-nin özündən mütəxəssislər cəlb ediləcək. Mentorluq biznes modelləşdirmədən məhsul dizaynına qədər geniş sahələri əhatə edəcəkdir.
Proqram şərtlərimiz iş şəraitinə uyğunlaşdırlır. Orientasiya, təlim, hazırlıq və Demo günü də daxil olmaqla fəaliyyətlərə hər hansı məhdudiyyətlər yaranarsa, onlar qismən və ya tam onlayn qaydada çatdırılacaq.
Layihələrin / startapların ABB Proqram Rəhbərliyi tərəfindən təyin edilmiş və ya tövsiyə olunan qaydalara, siyasətlərə və qanunlara tam əməl etməsini gözləyirik.
Demo gününün olması nəzərdə tutulur. Startap şirkətlər öz məhsul və xidmətlərini ABB-nin proqram rəhbərliyinin təşkil etdiyi Demo Günündə təqdim edə biləcəklər.
ABB-nin Proqram Rəhbərliyi startaplara coworking istifadəsi üçün şəraitin yaradılması, biznesin inkişafına yardım, məhsul inteqrasiyası, investorların tapılması və s. məsələlərdə kömək göstərir. Proqram rəhbərliyi layihələrin yerləşdirilməsində tam hüquqlara malikdir.
İnkubasiya dövründə ABB Bankı tərəfindən startaplara maliyyə investisiyası olmayacaq.
Sürətləndirici mərhələyə qəbul ediləcək layihələrə ABB tərəfindən kapital qoyuluşu həyata keçiriləcək.
Bəli. Bank infrastrukturumuz üçün uğurlu və uyğun həlləri inteqrasiya etməyi hədəfləyirik.
Hazırlanmış prototiplər üzərində istifadə və mülkiyyət hüquqları həm ABB, həm də startaplar üçün qorunur. Tərəflər ideyalar və s. üzərində birgə mülkiyyət hüququna malikdirlər, onlardan istifadə və digər hüquqların həyata keçirilməsi üçün qarşı tərəfin razılığı alınmalıdır.
Bu, mümkündür. Layihə uyğun olarsa komanda davam edən inkubasiya proqramına qəbul edilə bilər.
Təəssüf ki, yox. Viza prosedurlarını müvafiq qaydalara uyğun olaraq özünüz həyata keçirməlisiniz.
Xeyr. Səyahət və yaşayış xərclərini özünüz idarə etməlisiniz.
Müraciətinizi Azərbaycan və ya İngilis dilində doldura bilərsiniz.
Xeyr. İdeya/həll eyni, yenilənmiş və ya başqasına dəyişdirilmiş ola bilər.
1. ABB-nin fəaliyyət və maraq dairəsinə uyğunluq;
2. İnkubasiya proqramının şərtlərinə müvafiqlik;
3. Komandanın inkişaf kriteriyasına uyğunluq və texnoloji hazırlığı;
4. İdeyanın böyümə potensialına malik olub-olmaması;
5. Məhsulun bazara təqdim edilmək üçün hazırlıq səviyyəsi;
6. İnnovativlik, kreativlik;
Yuxarı