Azərbaycan, Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsi 29
ABB Tech AcademyProduct Factory
HaqqımızdaXəbərlərBloqlarƏlaqəTədbirlər
Ekosistem
ABB Tech AcademyProduct Factory
Vakansiyalar

GƏLƏCƏYİ
FORMALAŞDIRIRIQ

E-poçt

info@abbinnovation.az

Ünvan:

Azərbaycan, Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsi 29

ABB Tech Akademiyası

Parlaq karyeranız burada başlayır

© 2026 Bütün hüquqlar qorunur.

Uğur hekayəniz
burada başlayır

Praktiki təlimlər, real layihələr və peşəkar mentorlarla gələcəyinizi qurun. Çünki texnologiyanın gələcəyini sizin kimi düşünən insanlar formalaşdırır.

Uğur hekayəniz burada başlayırUğur hekayəniz burada başlayırUğur hekayəniz burada başlayırUğur hekayəniz burada başlayır
Uğur hekayəniz burada başlayırUğur hekayəniz burada başlayırUğur hekayəniz burada başlayırUğur hekayəniz burada başlayır
Biz kimik?

Adımızın arxasındakı hekayə

ABB Tech Akademiyası 2019-cu ildə texnologiya və peşəkar inkişaf sahəsində ixtisaslaşmış təhsil platforması kimi fəaliyyətə başlayıb.

Akademiya ABB tərəfindən ölkənin əmək bazarında mövcud olan real ehtiyaclara cavab vermək, texnologiya sahəsində praktiki bilik və bacarıqlara malik mütəxəssislər yetişdirmək məqsədilə yaradılıb.

Akademiyanın əsas məqsədi insanların biliklərini praktiki təcrübə vasitəsilə gücləndirmək, real biznes mühitinə uyğun bacarıqlar qazanmalarına kömək etmək və davamlı karyera inkişaflarını dəstəkləməkdir.

Proqramlarımız sahə üzrə təcrübəli ekspertlər tərəfindən hazırlanır. Təlimlər yalnız texniki biliklərin inkişafına deyil, analitik düşüncə, problem həll etmə və peşəkar yanaşma kimi vacib bacarıqların formalaşdırılmasına da yönəlir.

Missiyamız

Bilik vasitəsilə dəyər yaratmaq

ABB Tech Akademiyasının missiyası Azərbaycanın informasiya texnologiyaları bazarının inkişafına töhfə vermək və gələcəyin tələblərinə hazır texnologiya mütəxəssisləri yetişdirməkdir. Bootcamp formatında təşkil olunan proqramlarımız iştirakçılara praktiki bacarıqlar qazandırır və onları real əmək bazarının tələblərinə hazırlayır.

Vizyonumuz

Texnologiyanın formalaşdırdığı gələcək

ABB Tech Akademiyasının vizyonu texnologiya təhsili və bacarıqların inkişafı sahəsində regionun aparıcı təhsil mərkəzlərindən birinə çevrilməkdir. Akademiya həm texniki mütəxəssislərin, həm də peşəkar liderlərin inkişafını dəstəkləyərək Azərbaycanın əmək bazarında innovasiya potensialını artıran platforma olmağı hədəfləyir.

İnnovasiya ilə irəliləyir, nəticələrlə ölçürük

İnnovasiya ilə irəliləyir, nəticələrlə ölçürük

Məhsul inkişafından rəqəmsal transformasiya layihələrinədək ABB Tech bizneslər və istifadəçilər üçün real dəyər yaradan, genişləndirilə bilən həllərin hazırlanmasına fokuslanır.

1000+

Məzunların sayı

85.2%

Məşğulluq göstəricisi

44

Proqramların sayı

773

İşlə təmin olunan tələbələr

Niyə ABB Tech Akademiyası?
İş həyatına hazır namizədlər
Proqramlarımız
Front-end Tərtibatçılıq

Front-end Tərtibatçılıq

İstifadəçilərin gördüyü interfeysləri qur. Müasir texnologiyalarla sürətli və interaktiv web tətbiqlər hazırla.

Ətraflı
Data Analitikası & Generativ AI

Data Analitikası & Generativ AI

Məlumatları analiz et, dəyərə çevir və tətbiq oluna bilən insight-lar yarat. Data və Generativ Süni İntellekt ilə real problemlərə həll qur.

Ətraflı
Mobil Tərtibatçılıq (iOS & Android)

Mobil Tərtibatçılıq (iOS & Android)

iOS və Android əməliyyat sistemləri üçün yüksək performanslı və istifadəsi rahat mobil tətbiqlər hazırlamağı öyrən. Geniş auditoriyaya çata bilən funksional və istifadəçiyönümlü rəqəmsal məhsullar yarat.

Ətraflı
Salesforce Developer

Salesforce Developer

Salesforce platformasında biznes ehtiyaclarına uyğun həllər qur. Şirkətlərin proseslərini daha effektiv hala gətir.

Ətraflı
Rəqəmsal Məhsul Marketinqi

Rəqəmsal Məhsul Marketinqi

Məhsulları bazara çıxarmağı və böyütməyi öyrən. Strategiya quraraq brendlərə real təsir göstər.

Ətraflı
UI/UX Dizayn

UI/UX Dizayn

İstifadəçi təcrübəsini dizayn et. Estetik və funksional interfeyslər yaradaraq məhsulların istifadə rahatlığını artır.

Ətraflı
Uğur Hekayələri
Təyyarə Əsgərova

Təyyarə Əsgərova

ABB Bank

“ ABB Tech Akademiyasının tələbəsi olaraq deyə bilərəm ki, bu kurs mənə fərdi yanaşma, praktiki real dünya keysləri və innovasiya icmasının davamlı hissəsi olmaq kimi bir çox üstünlük qazandırdı. ABB İnnovasiya mənə yalnız IT Biznes Analizi sahəsində bilik və bacarıqlar deyil, eyni zamanda dəyər yaradan fərd kimi formalaşmağı öyrətdi. ”
Firəngiz Rüstəmli

Firəngiz Rüstəmli

Birbank

“ ABB Tech Akademiyası mənə Rəqəmsal Məhsul Markentinq sahəsini nəzəriyyədən kənarda, praktik yanaşma ilə öyrənmək imkanı yaratdı. Proqram sayəsində müştəri ehtiyaclarını müəyyənləşdirməyi, məhsulun dəyərini düzgün şəkildə təqdim etməyi və uğurlu go-to-market strategiyalarını dəstəkləməyi öyrəndim. Praktiki layihələr və sahə üzrə peşəkarlarla əməkdaşlıq mənə Məhsul Marketinqinə həm yaradıcı, həm də strateji baxışla yanaşmaq üçün lazım olan bilik və bacarıqları qazandırdı. ”
Ruslan Musayev

Ruslan Musayev

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

“ ABB Tech Akademiyasını bir hissəsi olmaq mənə texniki biliklərdən daha artığını qazandırdı. Bu proqram istifadəçi ehtiyaclarını anlamağı, biznes məqsədlərini məhsul strategiyası ilə uyğunlaşdırmağı və real dəyər yaradan qərarlar qəbul etməyi öyrədərək məndə Məhsul Sahibi düşüncə tərzini formalaşdırdı. Praktiki öyrənmə təcrübəsi və innovasiya yönümlü mühit bu inkişaf yolunu mənim üçün daha dəyərli etdi. ”
İcmamız
ABB Tech Akademiyası haqqında daha ətraflı məlumat almaq üçün vebsaytımıza keçid edə bilərsiniz!

ABB Tech Akademiyası haqqında daha ətraflı məlumat almaq üçün vebsaytımıza keçid edə bilərsiniz!