Zəhmət olmasa, veb saytımızda qeydiyyat formunu dolduraraq qeydiyyatınızı tamamlayın. Müraciətinizə baxıldıqdan sonra təşkilat komitəsi 7 gün ərzində iştirakınızı təsdiqləmək üçün sizinlə əlaqə quracaqdır
Bəli, komanda şəklində qeydiyyatdan keçməyiniz xahiş olunur. Hakatonu uğurla tamamladığınız təqdirdə preinkubasiya mərhələsi üçün komanda üzvləri ilə bağlı ABB İnnovasiya Mərkəzi tərəfindən dəstək veriləcəkdir.
Xeyr, komandanın bir üzvü digərlərini komandanın üzvü kimi qeyd edə bilər. Yenə də hər bir komanda üzvü haqqında bütün lazımi qeydiyyat məlumatları qeydiyyat formasının tələblərinə uyğun olaraq daxil edilməlidir. Bir komandaya 2-dən 5 nəfərə qədər üzv daxil ola bilər.
3-cü inkubasiya proqramı zamanı bütün əlaqələr Slack vasitəsilə təşkil ediləcəkdir. Təşkilati komanda bütün proses boyunca sizə dəstək verəcək.
İnkubasiyada iştirak üçün heç bir ödəniş tələb olunmur. Çünki ABB-nin bu inkubasiyanın təşkilində əsas məqsədi ölkəmizdə innovasiya mədəniyyətini və İT ekosistemini inkişaf etdirməkdir.